Xidmətlər
Bir mərkəzdən — qida təhlükəsizliyinin qurulmasından idxal-ixraca, etiketlədən AQTA uyğunsuzluqlarının həllinə qədər.
Qida Təhlükəsizliyi Sistemləri (PRP / GMP)
İlkin şərtlər proqramı (PRP) və düzgün istehsal təcrübəsi (GMP) — istehsal mühitinizi, gigiyenanı və tədarük zəncirini standartlaşdıran bünövrə sistemi qururuq.
Ətraflı → 02HACCP Sisteminin Qurulması
HACCP (Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri) — istehsalınızdakı təhlükələri sistemli şəkildə təhlil edib, kritik nöqtələrdə nəzarət altına alan beynəlxalq metodologiyanı tətbiq edirik.
Ətraflı → 03İzlənmə (Traceability) Sistemləri
Tam şəffaflıq: xammal qəbulundan realizasiyaya qədər hər partiyanı kodlaşdıran və izləyən sistem qururuq. Geri çağırış lazım olduqda problemli partiyanı dəqiqələrlə müəyyən edə bilərsiniz.
Ətraflı → 04Müəssisələrin Qeydiyyatı və Təsdiqi
Yüksək riskli obyektlərin təsdiqi, qida, əlavə və mineral suların dövlət qeydiyyatı — sənəd paketini tam və qüsursuz hazırlayıb müraciəti aparırıq.
Ətraflı → 05İdxal və İxrac Əməliyyatları
İdxaldan əvvəl bildiriş, idxal sağlamlıq aktının alınması və sürətli gömrük axını — düzgün sənədləşmə ilə proseslərinizi ləngimədən aparırıq.
Ətraflı → 06Texniki Reqlamentlərin Hazırlanması
Məhsulunuza uyğun texniki normativ sənədləri hazırlayıb qanunvericiliyə uyğunluğu təmin edirik — istehsalın hüquqi əsasını qururuq.
Ətraflı → 07Etiketlərin Hazırlanması və Tərcüməsi
Tərkib, qida dəyəri, allergen və xəbərdarlıqların düzgün göstərildiyi, Azərbaycan dilində qanuna uyğun markalanma hazırlayırıq. «Müalicəvi» və yanlış xassə iddialarını filtrləyirik.
Ətraflı → 08AQTA Uyğunsuzluqlarının Aradan Qaldırılması
Vəziyyəti təhlil edir, kök səbəbi tapır və davamlı həll qururuq. AQTA ilə münasibətdə etibarlı tərəfdaşınız olub cərimə və fəaliyyət dayanması ehtimalını minimuma endiririk.
Ətraflı → 09ISO 22000:2018 QTİS Tətbiqi
Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin (QTİS) tətbiqi: mövcud sistemin GAP təhlili, sənədləşmə, proseslərin qurulması və sertifikatlaşmaya hazırlıq.
Ətraflı → 10ISO/IEC 17025:2017 Sınaq Laboratoriyaları
Sınaq laboratoriyaları üçün akkreditasiya: mövcud sistemin qiymətləndirilməsi, keyfiyyət idarəetmə sisteminin qurulması, daxili audit və müraciət dəstəyi.
Ətraflı → 11Anbar Sahələrində Qida Təhlükəsizliyi
Mal qəbulu və yerləşdirmə qaydaları, inventarlaşdırma və nəzarət sistemi, barkod üzərində izləmə ilə anbar proseslərinizi standartlaşdırırıq.
Ətraflı →